Gəncə MDB Oyunlarına ev sahibliyi edəcək

Azərbaycanda 2025-ci ildə keçiriləcək 3-cü MDB Oyunlarına Gəncə ev sahibliyi edəcək.

Komanda.az TASS-a istinadə xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini Mariana Vasileva açıqlama verib.

O bildirib ki, Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhərində bu məqsədlə yeni müasir kompleks tikilir:

“Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. Şurada format müzakirə olunacaq. İstənilən ölkə daha çox inkişaf etmiş idmana önəm verir. Düşünürəm ki, biz əsas olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi olan qeyri-olimpiya idman növlərinə diqqət yetirəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button