“Gəncə” ABŞ-dan olan voleybolçunu transfer edib

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini gücləndirib.

Komanda.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dan olan İzabell Morqanla bir mövsümlük müqavilə imzalanıb.

Voleybolçu ötən mövsümü İsveçin “Qislaveds” klubunda keçirib.

25 yaşlı oyunçu daha əvvəl ABŞ-ın “Villanova University”, “Texas A M Corpus Christi University” və Puerto-Rikonun “Valencianas de Juncos” klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button