Gənclər və İdman Nazirliyi 3 idman obyektinə direktor axtarır

Azərbaycan Gənclər və İdman Nazirliyi İmişli və Tərtərdəki olimpiya idman komplekslərinin, həmçinin Bakının Müşfiqabad qəsəbəsində yerləşən “İdman Sağlamlıq Mərkəzi” MMC-nin direktoru vəzifəsinə işə qəbul elan edib.

Komanda.az nazirliyin rəsmi “feysbuk” səhifəsinə istinadən xəbər verir ki, 50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla, ümumilikdə 6 il iş təcrübəsi tələb olunur.

Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini martın 30-dək müvafiq ünvana göndərməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button