“Dedim ki, danışma, oyna” – Müsahibə
“Zirə” yoxlama oyununda “Sabah”a 3:5 hesabıyla məğlub olub.
Komanda.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Samir Abasov sözügedən qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyunla bağlı fikirləriniz nədir?
- Yoldaşlıq görüşləri ilə bağlı o biri məşqçilər nə deyirsə, mən də onu deyəcəm. “Qəbələ” ilə oyundan sonra əsas olan tonusu saxlamaq idi. Yavaş-yavaş, getdikcə artıq başlayırsan oyunçulardan nələrsə tələb etməyə. Bu oyunlarda futbolçular 100 faizə çatmasalar da, 50, 60, faizə çatsalar, böyük şeydir. Oyunçulardan bunları istəyirsən.
- Yeni transferlər necədir?
- Yeni transferləri siz məndən də yaxşı tanıyırsız. Cavidin, Elvinin keyfiyyətindən danışmağa ehtiyac yoxdur. Hamısından razıyıq. Bundan sonra gələnlər də təki yaxşı olsun.
- Neçə legioner gözlənilir?
- 3 nəfər.
- Adlar?
- Adlar yoxdur. Bir mövqedə 3 oyunçu var, biri razılıq verməsə, o birinə keçirsən. Bu gün Azərbaycana oyunçu gətirmək həqiqətən çətindir.
- Türkiyədəki hazırlıq planı necədir?
- Bundan sonra Azərbaycanda iki yoxlama oyunu istəyirik. Onlarda biri “Keşlə”dir. Ayın 13-də oynayırıq. Sonra 18-də də bir yoxlama oyunu olacaq, rəqib axtarırıq. Sonra Türkiyəyə gedəcəyik. İki həftəlik toplanışımız olacaq. Orda da 4 yoxlama oyunu olacaq. Rəqiblər hələ bilinmir.
- Bir epizodda oyunçuya əsəbiləşmişdiz…
- Bəli, dedim ki, danışma, oyna. Dedim ki, yoxlama oyunları danışmaq üçün deyil, çempionatda danışarıq. Gənc oyunçuları bir az “hava”ya salmaq lazımdır.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin