
Deşam PSJ-ni çalışdıracaq?
Fransa millisinin baş məşqçisi Didye Deşam PSJ-də mümkün iş barədə sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı çalışdırıcı bu qapının ona bağlı olmadığını deyib:
“Paris komandasına rəhbərlik edərəm? Bu qapı mənə bağlı deyil. Ancaq hazırda konkret təkliflərim yoxdur. Bir şey görünəndə mən seçəcəm. Mənim heç bir qadağam yoxdur, amma hələ ki, konkret bir şey yoxdur. Gələcəkdə məni nə gözlədiyini hələ bilmirəm”.
Deşam 2012-ci ildən millinin baş məşqçisi postunu tutur. 56 yaşlı mütəxəssisin 2026-cı il dünya çempionatından sonra Fransa millisini tərk edəcəyi daha əvvəl bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin