
“Gələcəyimiz parlaq görünür” – Millinin kapitanı
Uels millisinin kapitanı Ben Deyvis Avropa çempionatının pley-off matçında Polşa yığmasına məğlubiyyəti (4:5) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, oyunun çətin keçdiyini bildirib:
“Çətin oyun idi. Çox yaxşı komandalarla oynadıq və çoxlu yaxşı matçlar keçirdik. Çox təəssüf ki, bu oyun belə başa çatdı. Amma gələcəyimiz parlaq görünür”.
AÇ-2024-də Polşa millisi Avstriya, Niderland və Fransa yığmaları ilə D qrupunda mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin