“Milan”ın hücumçusu “Qarabağ”ın olduğu turnir haqda: “Orada çoxlu güclü komandalar var”

“Milan”ın vingeri Rafael Leao gələcəyi haqda danışıb və komandayla kuboklar qazanmaq istədiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu gələcəyinin “Milan”da olduğunu deyib:

“Gələcəyim “Milan”dadır. Klubla hələ dörd illik müqaviləm var. Çox çətin vəziyyətdə qalanda “Milan” mənə kömək etdi, dəstək oldular. Mən unutmuram, sadiqəm. Mən bura uşaq vaxtı gəlmişəm, burada həm insan, həm də futbolçu kimi böyümüşəm. Yenə qalib gəlmək istəyirəm, fikrim buradadır.

Böyümək üçün Çempionlar Liqası və ya Avropa Liqası kimi mühüm kubokları qazanmalıyam. “Milan”da olanda bunu etməlisən, bu seçim deyil, öhdəlikdir, adını tarixə buraxmaqdır. Avropa Liqası? Orada çoxlu güclü komandalar var. Lakin bizim beynimizdə aydın bir fikir var: finala çıxmaq və qalib gəlmək”.

Leao bu mövsüm bütün turnirlərdə 33 matçda iştirak edib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

Azərbaycan çempionu “Qarabağ” da Avropa Liqasında mübarizə aparır. “Köhlən atlar” turnirin 1/8 final mərhələsində Almaniya “Bayer”i ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button