“Hər şey onun öz əlindədir” – PSJ rəsmisi

Fransanın PSJ klubunun idman direktoru Leonardo icarə əsasında komandada çıxış edən Mauro İkardi ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, müqavilə ilə “İnter”ə məxsus olan argentinalı hücumçunun gələcəyinin öz əlində olduğunu bildirib:

“Mauro komandada çox yaxşı işlər görür. Hücum xəttində rəqabət var, bu da ona əlavə stimul verir. O, komandadakı mövcud vəziyyəti və PSJ-dəki mümkün gələcəyini başa düşür. İkardi əsl “9 nömrə” kimi oynayır, kimin harda olacağını yaxşı bilir. Transferinə gəlincə, biz ondan çox razıyıq, amma gələcəyi sadəcə İkardidən asılıdır. Hər şey onun öz əlindədir. Növbəti 5 ay içərisində nələrin olacağını görəcəyik”.

Yay transfer pəncərəsi dövründə heyətə qatılan 26 yaşlı futbolçunun icarə müqaviləsi yayadək nəzərdə tutulub. PSJ İkardini transfer etmək istəsə, italiyalılara 65 milyon avro ödəməli olacaq. İkardi bir müddət əvvəl verdiyi açıqlamalarda Parisdə xoşbəxt olduğunu bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button