“Gələcəklə bağlı qərarımda digər klubların da rolu var”

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix gələcəyi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı oyunçu yaxın vaxtlarda qərar veriləcəyini söyləyib:

“Gələcəklə bağlı qərarımda digər klubların da rolu var. Dəqiq hansılardır, adlarını çəkməyəcəm. Amma yaxın vaxtlarda qərar veriləcək”.

Daha əvvəl Münhen klubunun almaniyalı futbolçu üçün yeni müqavilə təklifini geri götürdüyü bildirilirdi.

Kimmixin transferinə “Liverpul”un və “Arsenal”ın maraq göstərdiyi söylənilir. O, Bundesliqanın cari mövsümündə 23 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun aktivində UEFA Çempionlar Liqasında 11 oyun və 5 məhsuldar ötürmə də var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button