“Gələcək üçün komanda qurmağa hazırlaşırıq” – Santuş
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransı olub.
Komanda.az xəbər verir ki, portuqaliyalı məşqçi şansları dəyərləndirib və hazırlıqdan danışıb:
“50 oyunçu dəvət etmişdik. Bu, onların arasından seçdiklərimiz idi. Biz gələcək üçün komanda qurmağa hazırlaşırıq. Köklü dəyişiklik etməyə gərək yoxdur. Futbolçularla ilk dəfə çalışacam. Fiziki hazırlıqda dəyişiklik etmək imkanımız yoxdur. Klublarında necədirsə, elə də olacaq. Hazırlıq bazası bu olacaq. Rəqabətədavamlı komanda yaratmaq istəyirik. Reallıqlarla barışmaq lazımdır”.
Yığma komanda Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin