“Türamın oyun tərzindən razıyam” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının birinci turunun “Montsa” ilə matçından sonra (2:0) fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşılaşmadan razı qaldığını dilə gətirib:
“Oyundan razı qaldım. Matça yaxşı hazırlaşmışdıq. “Montsa” çətin rəqibdir. Stadion dolu olduğu üçün komandamın həvəsli oynadığını hiss etdim. Bundan sonra mövcud olan bütün çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.
Markus Türamın oyun tərzindən razıyam. Gəlin, unutmayaq ki, o, başqa çempionatdan gəlib. Bura daha tez öyrəşmək, əlaqələri yaxşılaşdırmaq üçün çox işləyir. Bir neçə epizodda bəxti gətirmədi”.
“İnter” növbəti turda “Kalyari”nin qonağı olacaq. “Montsa” isə evdə “Empoli” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin