
“Sabah” “Verona”ya da uduzdu
Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən “Audi Cup”da iştirak edən “Sabah”ın U-14 komandası turnir çərçivəsində növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Sabah” bu dəfə İtaliyanın “Verona” klubuyla qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Matçda “Sabah”ın yeganə qoluna Mirhafiz Talışzadə imza atıb.
U-14 bundan öncə “Audi Cup”da İspaniyanın “Levante” (1:3) və Gürcüstanın “Saburtalo” (1:3) komandaları ilə qarşılaşmışdı.
“Sabah” turnirdəki son oyununda 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin