Gürcüstan yığmasının üzvü də “Hatayspor”dan ayrıldı
“Fatih Karagümrük” heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa klubu Gürcüstan yığmasının və “Hatayspor”un yarımmüdafiəçisi Saba Lobjanidzeni heyətinə qatıb.
28 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. Hatay təmsilçisinin qardaş ölkədəki dəhşətli zəlzələdən sonra bu mövsümün sonuna kimi Super Liqadan çəkilməsi gürcü oyunçunun da başqa kluba keçməsinə səbəb olub.
Lobjanidze 2021-ci ildən formasını geyindiyi “Hatayspor”da 61 oyuna 9 qol vurub. Tiflis “Dinamo”sunun yetirməsi “Çixura”, “Randers” və “Ankaragücü” klublarının da formasını geyinib, Gürcüstan millisində keçirdiyi 30 oyunda 3 qola imza atıb.
“Fatih Karagümrük” sabiq futbolçusu, Niderlanddan olan yarımmüdafiəçi Brahim Darrini də heyətinə qatıb. 28 yaşlı vingerlə də müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. O, 2019/20 mövsümündə də İstanbul klubunun uğurları üçün çalışıb. Peşəkar karyerasına “Vitess”də başlamış Brahim, Niderlandda “De Qrafşap”, “Herakles Almelo”, “NEK Neymegen”, “Den Boş” kimi komandaların uğurları üçün çalışıb, Türkiyədə isə “Ərzurumspor”, “Samsunspor” və “Dənizlispor”un formasını geyinib. Yarımmüdafiəçinin son iş yeri Qətər “Mesaimeer”i olub.
Bizi Facebook-da izləyin