Gürcüstan millisinin üzvü Super Liqada klubunu dəyişdi
Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi gürcü müdafiəçi Saba Lobjanidzeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lobjanidze geridə qalan mövsümü Türkiyənin digər klubu “Ankaragücü”ndə keçirib. Lakin bu klub Super Liqanı tərk etdiyi üçün o, paytaxt təmsilçisindən ayrılıb.
Gürcüstan yığmasının da üzvü olan Saba Lobjanidze, Tiflis “Dinamo”sunun yetirməsidir. O, ölkəsində “Çixura”, Danimarkada “Randers”in də uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin