
Gürcüstan millisinin üzvü La Liqa klubunda
Gürcüstan millisinin üzvü Jorj Mikautadze İspaniya La Liqası təmsilçisi “Vilyarreal”a transfer olunub.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü Fransanın “Olimpik” (Lion) komandasında keçirən 24 yaşlı hücumçunun keçidi “sarı sualtı qayıqlar”a 30 milyon avroya başa gəlib.
O, yeni klubu ilə 2031-ci ilə qədər olan müqavilə bağlayıb.
Mikautadze Lion “Olimpik”inin heyətində bütün yarışlarda 47 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


