Gürcüstan millisinin baş məşqçisi İspaniyaya məğlubiyyətdən danışdı: “…qürur duyuram”

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol DÇ-2022-nin seçmə mərhələsində İspaniyaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan fransız mütəxəssis, 1:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirməyə və futbol oynamağa çalışdıq. İlk hissədə alındı, ikinci hissədə isə demək olar nəticə vermədi. Buna baxmayaraq, futbolçularımın meydanda sərgilədikləri oyunla qürur duyuram. Növbəti matçda oyun praktikası az olan oyunçulara şans verəcəm. Bu, o demək deyil ki, Yunanıstana müdafiə olunmaq üçün gedəcəyik. Növbəti oyunda ilk xalımızı qazanmağa çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button