Gürcüstan millisindən “Qarabağ”ın futbolçusuna dəvət
“Qarabağ”ın futbolçusu Luka Quqeşaşvili Gürcüstan millisinə çağırılıb.
Komanda.az xəbər verir ki, 24 yaşlı qapıçı AÇ-2024-ün seçmə mərhələsinin ilk iki oyununda məşqçilər korpusunun sərəncamında olacaq.
Onunla yanaşı, yay fasiləsində “Neftçi”dən ayrılan müdafiəçi Solomon Kverkveliya da baş məşqçi Villi Sanyolun siyahısında yer alıb. Əvəzində “Sabah”ın hücumçusu Davit Volkov bu dəfə fransalı mütəxəssisin diqqətindən kənarda qalıb.
Gürcüstan millisi sentyabrın 8-də İspaniya ilə evdə, 11-də isə Norveçlə səfərdə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin