Gürcüstan millisi AÇ-2024-də!

AÇ-2024-ün son üç iştirakçısı müəyyənləşir.

Komanda.az xəbər verir ki, pley-offun ilk finalında Gürcüstan Yunanıstanla qarşılaşıb.

Əsas vaxtı qolsuz bitən matçın əlavə vaxtında da hesab açılmayıb. Penalti seriyasında daha dəqiq olan gürcülər Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

Digər final oyunlarında Ukrayna İslandiya ilə, Polşa isə Uelslə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

AÇ-2024-ün pley-off mərhələsinin finalı
26 mart

Gürcüstan – Yunanıstan – 0:0 (penaltilər – 4:2)

23:45. Ukrayna – İslandiya

23:45. Polşa – Uels

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button