Azərbaycan millisinin keçmiş futbolçusunun oğlu ilə maraqlanır – İtaliyanın daha bir klubu

Gürcüstan milli komandasının və Rusiya “Rubin”inin futbolçusu Xviça Kvaratsxeliya İtaliyaın daha bir klubunun “radar”ına düşüb.

Komanda.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə “Milan”, “Roma” və “Yuventus”dan sonra “Atalanta” da maraqlanmağa başlayıb. Bu barədə “Tuttomercatoweb” nəşri məlumat yayıb. Berqamo təmsilçisi Kvaratsxeliyanı yaxından izləyir.

Daha əvvəl İtaliya mətbuatı futbolçunun menecerinin “Milan”la danışıqlara başlayacağını bildirmişdi. Gürcüstanlı futbolçu ilə Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund) klubları da maraqlanır.

Kvaratsxeliya bu mövsüm “Rubin”lə 21 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 10 milyon avrodur.

Xviça Azərbaycan milli komandasının sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button