Azərbaycan millisinin keçmiş futbolçusunun oğlu “Tottenhem” yolunda
Gürcüstan milli komandasının və Rusiyanın “Rubin” klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya “Tottenhem”ə keçməyə yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xəbərdə, İngiltərə klubunun 21 yaşlı yarımmüdafiəçi üçün “Rubin”ə 20 milyon avro ödəməyə hazır olduğu bildirilib. Tərəflər arasında danışıqlar davam edir.
Xviça Azərbaycan milli komandasının sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin