Gürcüstan – Çexiya matçının ən yaxşı oyunçusu bəlli oldu

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Gürcüstan – Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı qapıçı Georgi Mamardaşvili qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Qolkiper 11 dəfə komandasını qoldan xilas edib.

Qeyd edək ki, bu görüşdə qalib müəyyənləşməyib – 1:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button