Gürcüstan çempionatında “Azərbaycan derbisi”

Futbol üzrə Gürcüstan çempionatında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, hesabat turu iki azərbaycanlı futbolçunun komandasının bir-biri ilə üz-üzə gəlməsiylə əlamətdar olub.

Belə ki, İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” doğma meydanda Vüqar Bəybalayevli “Telavi”ni sınağa çəkib. Üç qolun qeydə alındığı bu oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb – 2:1.

İbrahimlə Vüqar da bu görüşün iştirakçısı olub. Qədirzadə 58-ci dəqiqədə meydana buraxılıb. Bəybalayev isə start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Bir sözlə, futbolçularımız bir-birinə qarşı oynamaq şansı demək olar ki, qazanmayıblar.

“Samtrediya” bu qələbədən sonra 7 xalla 8-ci, “Telavi” isə 6 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button