
Gürcü qapıçı “Liverpul”la anlaşıb
Gürcüstan millisinin və “Valensiya”nın qapıçısı Georgi Mamardaşvili karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü qolkiper “Liverpul”la müqavilə imzalayacaq.
Mamardaşvili “qırmızılar”la uğurlu danışıqlar aparıb və 6 illik müqavilə imzalamağa razılaşıb. Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.
23 yaşlı futbolçu İspaniya çempionatının ötən mövsümündə 37 oyun keçirib, 41 qol buraxıb və 14 matçda qapısını toxunulmaz saxlaya bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin