Gürcü futbolçu A Seriyasında sentyabrın ən yaxşısı seçildi

“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasında sentyabrın ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçu ötən ay keçirdiyi 3 oyunda 2 qol və 1 məhsuldar ötürməyə imza atmaqla bu uğura nail olub.

O, səsvermədə Qleyson Bremer (“Yuventus”), Santyaqo Kastro (“Bolonya”), Patrik Kutrone (“Komo”), Federiko Dimarko (“İnter”) və Kristian Pulişiçi (“Milan”) qabaqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button