
Gürcü futbolçunun PSJ-yə keçidi başa çatıb
Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya “Napoli”ni PSJ-yə dəyişmək qərarını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü futbolçu PSJ-nin qarşısına hansı məqsədlər qoyduğunu bildiyini söyləyib:
“Layihə məni inandırdı. PSJ-nin qarşısına hansı məqsədlər qoyduğunu bilirəm. Bu komandada çoxlu böyük futbolçular oynayıb, ona görə də parislilərdən təklif alanda heç bir şübhəm yox idi”.
Kvaratsxeliyanın “Napoli”dən PSJ-yə transferi dünən başa çatıb. Paris klubu 23 yaşlı oyunçunun keçidi üçün 70 milyon avro ödəyib. Müqavilə 2029-cu ilin ortalarına qədər qüvvədə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin