Gürcü futbolçunun PSJ-dəki maaşı məlum olub
PSJ-nin gürcü vingeri Xviça Kvaratsxeliyanın maaşı ilə bağlı məlumat yayılıb.
Komanda.az “Capology” platformasına istinadən xəbər verir ki, Kvaratsxeliyanın PSJ-yə keçidindən sonra illik maaşı 16,4 milyon avro təşkil edir. Bildirilir ki, gürcü futbolçu Paris klubunun ən yüksək maaş alan futbolçuları siyahısında dördüncü yerdə qərarlaşıb. Siyahıda Kvaratsxeliyadan yuxarıda yalnız Markinyos (16,8 milyon), Luka Hernandes (19 milyon) və Osman Dembele (20 milyon avro) yer alıb.
Kvaratsxeliya bu qış “Napoli”dən PSJ-yə transfer olunub. 23 yaşlı futbolçu üçün Fransa klubu 70 milyon avro ödəyib. Futbolçunun PSJ ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin