“Kvaratsxeliyanı almaq istəyən klublar var” – “Napoli” rəsmisi
“Napoli”nin idman direktoru Covanni Manna gürcüstanlı yarımmüdafiəçi Xviçi Kvaratsxeliyanın gələcəyi ilə bağlı danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, klub rəsmisi Kvaratsxeliya ilə müqaviləni uzatmaq niyyətində olduqlarını bildirib:
“Xviçanın müqaviləsi daha üç il müddətinə qüvvədədir. Bu futbolçunu almaq istəyən klublar var, amma biz onunla müqaviləni uzatmaq niyyətindəyik. İndi klub bu məsələ ilə bağlı onun agentləri ilə əlaqə saxlayır”.
Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Gürcü futbolçu bu mövsüm 5 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin