Gürcü futbolçu sevindiyindən “ləzginka” oynadı
Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya komandası 2024-cü il Avropa çempionatına vəsiqə qazandıqdan sonra “ləzginka” rəqsi edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sevincini “ləzginka” rəqsi ilə ifadə edib.
23 yaşlı gürcü futbolçu Yunanıstanla oyundan sonra paltardəyişmə otağında rəqs edib.
Gürcüstan tarixində ilk dəfə olaraq Portuqaliya, Çexiya və Türkiyə ilə eyni qrupda oynayacağı AÇ-2024-ün final mərhələsinə yüksəlib.
Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin