Gürcü futbolçu üçün 100 milyon avro ödəməyə hazırdırlar

Gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, “Napoli”nin futbolçusu ilə “Nyukasl” klubu maraqlanır.

“Nyukasl” rəhbərliyi gürcü futbolçunun transferi üçün 100 milyon avro xərcləməyə hazırdır.

Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir. 22 yaşlı futbolçu bu mövsüm Neapol klubunun heyətində 23 oyun keçirib, 11 qol vurub, 14 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button