Gürcü futbolçu “Sportinq”də – Rəsmi

Lissabon “Sportinq”i Gürcüstan millisinin yarımmüdafiəçisi Giorgi Koçoraşvilinin transferini rəsmən elan edib.

Komanda.az Portuqaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcü futbolçu ilə müddəti 2030-cu ilin yayına kimi olan müqavilə imzalanıb.

26 yaşlı futbolçu bundan əvvəl İspaniyanın “Levante” klubunda çıxış edib. O, 2024/25 mövsümündə 35 oyuna çıxaraq, 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Koçoraşvilinin hazırkı dəyəri 5 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button