Gürcü futbolçu PSJ-nin ən bahalı dördüncü transferi ola bilər

“Napoli”nin vingeri Xviça Kvaratsxeliyanın PSJ-yə 70 milyon avroya keçidi bu klubun tarixində transfer bazarında dördüncü ən bahalı alış ola bilər.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, parislilərin dördüncü ən bahalı sözləşməsi əvvəllər mərakeşli müdafiəçi Əşrəf Hakiminin 68 milyon avroya “İnter”dən transferi hesab olunurdu.

Bu siyahının ilk üç pilləsini 222 milyon avroya “Barselona”dan Neymar, 180 milyon avroya “Monako”dan Kilian Mbappe və “Ayntraxt”dan Randal Kolo Muaninin (95 milyon avro) transferləri tutur.

Daha əvvəl məlum olub ki, PSJ və “Napoli” gürcü vingerin Paris klubuna transferi üçün razılaşıb. O, parislilərlə 5 illik müqavilə imzalamalıdır.

23 yaşlı Kvaratsxeliya ümumilikdə “Napoli” karyerası ərzində bütün turnirlərdə 107 matçda iştirak edib, 30 qol vurub və 29 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button