Gürcü futbolçu “Napoli”də
Batumi “Dinamo”sunun gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya “Napoli”nin futbolçusu olub.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sövdələşmənin məbləği açıqlanmır. Lakin İtaliya mediasının məlumatına görə, bu məbləğin 10 milyon avro olması nəzərdə tutulurdu. Xviça yeni klubunda ildə təxminən 1 milyon avro alacaqdı.
Kvaratsxeliya 2021/2022 mövsümünə Kazan “Rubin”ində başlamışdı. Martın sonunda Rusiya klubu futbolçu ilə müqavilənin dayandırıldığını açıqlamışdı. Futbolçu bundan sonra Batumi “Dinamo”su ilə 2 illik müqavilə imzalamışdı.
Xviça Azərbaycan millisinin keçmiş hucumçusu Badri Kvaratsxeliyanın oğludur.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin