Liqa 1-in ən bahalıları: Gürcü futbolçunun dəyəri 10 milyon avro artıb

“Transfermarkt” portalı Fransa çempionatında çıxış edən futbolçuların bazar dəyərini yeniləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda yer alan PSJ-nin gürcü vingeri Xviça Kvaratsxeliyanın da dəyəri artıb.

24 yaşlı futbolçunun dəyəri 10 milyon avro yüksələrək 90 milyona çatıb. O, bu nəticə ilə Liqa 1-in ən bahalı üç futbolçusundan birinə çevrilib. Onunla birlikdə ilk üçlükdə Osman Dembele və Desir Due də yer alır.

“İlk onluq”da olan bütün futbolçular PSJ-yə məxsusdur. Bu isə Paris klubunun liqadakı maliyyə və idman üstünlüyünü bir daha göstərir.

Kvaratsxeliya bu ilin yanvarında PSJ-yə qoşulub. O, Paris təmsilçisinin heyətində 25 oyuna çıxaraq, 7 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button