Konteyə görə “Napoli”də qalmaq istəyir – Gürcü futbolçu
“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya hazırkı klubu ilə müqaviləni uzatmağa hazırdır.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, gürcü futbolçu komandanın yeni baş məşqçisi Antonio Konte ilə işləmək istəyir. O, Kontenin ona irəliyə doğru ciddi addım atmasına kömək edəcəyinə inanır.
Kvaratsxeliya “Napoli” ilə 5 illik müqavilə imzalamaq niyyətindədir. Yeni müqaviləyə əsasən, futbolçu ildə 5 milyon avro qazanacaq.
23 yaşlı vinger 2022-ci ildən “Napoli”nin rənglərini qoruyur. Bu müddət ərzində o, 88 oyun keçirib, 25 qol vurub və 26 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin