Kvaratsxeliya bunu bacaran ilk gürcü futbolçu oldu

PSJ-nin vingeri Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının pley-off mərhələsində qol vuran ilk gürcü futbolçu olub.

Komanda.az xəbər verir ki, bu barədə “Opta Sports” teleqram kanalı məlumat yayıb.

Kvaratsxeliya dünən “Brest”lə pley-off mərhələsinin cavab oyununda (7:0) fərqlənib.

PSJ Çempionlar Liqasının ilk pley-off matçında səfərdə 3:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, parislilər iki oyunun ümumi hesabında 10:0 qalib gələrək, 1/8 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button