Gürcü futbolçu “böyük beşliy”in rəmzi komandasında
“La Gazzetta dello Sport” nəşri ənənəvi olaraq “böyük beşlik” çempionatlarının oyunçulardan ibarət simvolik komanda tərtib edib.
Komanda.az xəbər verir ki, bu liqalardakı son turların nəticələrinə əsasən, “Napoli”nin yarımmüdafiəçisi, “Yuventus”la matçda (2:1) ən yaxşı futbolçu seçilən gürcü oyunçu Xviça Kvaratsxeliya da rəmzi komandaya daxil edilib. O, “Yuve” ilə matçda gözəl qola imza atmışdı.
3-4-3 sxemi ilə tərtib edilən simvolik komanda belədir:
Mayetski (“Monako”, Fransa) – Serxio Ramos (“Sevilya”, İspaniya), Romero (“Tottenhem”, İngiltərə), Kopete (“Malyorka”, İspaniya) – Klauss (“Marsel”, Fransa), Musiala (“Bayern”, Almaniya), Ferqyuson (“Bolonya”, İtaliya), Qrimaldo (“Bayer”, Almaniya) – Foden (“Mançester Siti”, İngiltərə), Şerlot (“Vilyarreal”, İspaniya), Kvaratsxeliya (“Napoli”, İtaliya).
Bizi Facebook-da izləyin