Gündoğanın əmisi: “Mətbuatdakı yazılar həqiqəti əks etdirmir”
Almaniya millisinin üzvü İlkay Gündoğanın əmisi və agenti İlhan Gündoğan futbolçunun İngiltərə klubu “Mançester Siti” ilə yeni sözləşmə imzalaması haqda yayılan xəbərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, heç bir klubla razılıq əldə etmədiklərini deyib:
“Hazırda nə “Mançester Siti”, nə də başqa klubla heç bir razılıq əldə edilməyib. Mətbuatdakı yazılar həqiqəti əks etdirmir. İlkay bütün diqqətini Çempionlar Liqasının finalına yönəldib”.
32 yaşlı futbolçunun “şəhərlilər”lə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. O, 2022/23 mövsümündə Mançester təmsilçisinin heyətində bütün yarışlar daxil olmaqla 50 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
Pep Qvardiolanın yetirmələri iyunun 10-da, Çempionlar Liqasının finalında “İnter”lə çempionluq uğrunda mübarizə aparacaq.
Bizi Facebook-da izləyin