“Sanenin burda qalacağına inanıram” – Gündoğan
“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan “Bavariya”nın heyətinə qatmaq istədiyi komanda yoldaşı Leroy Sane ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, Sanenin “şəhərlilər”in heyətindən ayrılmayacağına inandığını deyib:
“Sane ilə transfer məsələləri ilə bağlı bir az danışdıq. Söhbətimizdə “Mançester Siti”dən ayrılmaq istədiyini hiss etmədim. Bundan başqa, klub da onun ayrılmasına icazə vermir. Sanenin klubla daha iki illik müqaviləsi var və burda qalacağına inanıram”.
Bir neçə gün əvvəl məsələylə bağlı açıqlama verən “Bavariya”nın prezidenti Uli Höness, “Mançester Siti”nin Sane üçün 100 milyon avro istədiyini və bu transferin həyata keçmə ehtimalının az olduğunu bildirmişdi.
Bizi Facebook-da izləyin