Gündoğan qərarını verib
“Mançester Siti” yarımmüdafiəçi İlkay Gündoğanla müqaviləni uzatmağa yaxındır.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya bir neçə illik sözləşmə təklif edilib və o, klubda qalmağa qərar verib.
Öncədən Almaniya millisinin üzvünün klub rəhbərliyinin ona təklif etdiyi bir illik müqaviləni qəbul etmədiyi bildirilirdi.
Gündoğan 2016-cı ilin yayından “Mançester Siti”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi bu ilin yayına qədər qüvvədədir.
O, cari mövsümdə “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 48 oyuna çıxıb, doqquz qol vurub və yeddi məhsuldar ötürmə edib.
Futbolçu ilə “Arsenal” və “Barselona”nın maraqlandığı bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin