Gündoğan Qvardiolaya zəng edib, söz verib

İlkay Gündoğan “Mançester Siti”dən “Barselona”ya keçdikdən bir il sonra yenidən İngiltərəyə qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu bir neçə gün əvvəl şəxsən “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya zəng vurub.

33 yaşlı yarımmüdafiəçi ispaniyalı çalışdırıcıdan komandaya qaytarılmasını xahiş edib. O vaxtdan bu proses daha da sürətlənib. Gündoğan söz verib ki, “Barselona” onu pulsuz buraxacaq.

İlkay Gündoğan ötən il azad agent kimi “Barselona”ya keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button