ÇL: “Biz PSJ-yə qələbə qazandırdıq, həm də, çox sadə şəkildə”
“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan komandasının Çempionlar Liqasını tərk etməsi ilə bağlı danışıb.
Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu məyus olduğunu bildirib:
“Mən çox məyus oldum. Yaxşı üstünlüyümüz var idi. Təkcə ilk oyundan sonra yox, cavab matçında hesabı açandan sonra da. Hər şey öz əlimizdə idi. Amma biz PSJ-yə qələbə qazandırdıq, həm də, çox sadə şəkildə”.
ÇL-in 1/4 finalında PSJ ilə qarşılaşan “Barsa” səfərdə 3:2 hesabı ilə qalib gəlmişdi. Dünən Xavinin komandası evdə 1:4 hesabı ilə məğlub olub. İlk hissədə müdafiəçi Ronald Arauxo qırmızı vərəqə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin