“Əminəm ki, bizim hələ güclənmək üçün vaxtımız var”
“Barselona”nın və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan Florian Virts və Camal Musialanın oyunu haqda fikirlərini bölüşüb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, gənc futbolçular haqda danışan almaniyalı yarımmüdafiəçi, milli komandanın düzgün ritmi qoruyub saxlamalı və müdafiəni də unutmamalı olduğunu bildirib:
“Virts və Musiala çox istedadlıdır. Onlar hər ötürmə ilə oyunu daha da gözəlləşdirmək istəyirlər, lakin biz tarazlığı saxladığımızdan əmin olmalıyıq. Avtomatikliyə nail olmaq üçün müəyyən şeyləri məşq etmək lazımdır. Uşaqlar müxtəlif klublarda oynayırlar, ona görə də, onlarla işləmək vacibdir ki, meydanda düzgün qərarlar qəbul etsinlər. Əminəm ki, bizim hələ güclənmək üçün vaxtımız var”.
Qarşıdan gələn Avropa çempionatında baş məşqçi Yulian Naqelsmannın sərəncamında həm Virts, həm də Musiala olacaq.
Bizi Facebook-da izləyin