
Gündoğan milli ilə vidalaşır?
“Barselona”nın və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan Avropa çempionatından kənarlaşdırıldıqdan sonra yığmadakı karyerasını bitirə biləcəyini istisna etməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu bir neçə gün düşündükdən sonra qərar verəcəyini bildirib:
“Daha çox düşünmək üçün bir neçə günə ehtiyacım olacaq. Sonra qərar verəcəm”.
33 yaşlı futbolçu Almaniya millisində 82 oyun keçirib və 19 qola imza atıb. O, 2011-ci ildən millinin şərəfini qoruyur.
Almaniya millisi Avropa çempionatının 1/4 finalında İspaniya yığmasına uduzaraq (1:2), turnirdəki çıxışını başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin