Gündoğan “Mançester Siti”yə qayıdışından danışdı

Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan “Mançester Siti”yə qayıtması haqda danışıb.

Komanda.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “Mançester Siti”də keçirdiyi 7,5 ilin həm bir insan, həm də oyunçu kimi tam məmnunluq dövrü olduğunu bildirib:

“Dünyanın ən yaxşı baş məşqçisi Pep Qvardiola ilə yenidən işləməkdən xoşbəxtəm. Belə dünya səviyyəli oyunçularla birlikdə məşq etmək və oynamaq imkanım olduğu üçün çox şadam. Düzünü desəm, yenidən bu formanı geyinmək üçün səbirsizlənirəm”.

Gündoğan ötən mövsümü “Barselona”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button