Gündoğan MS ilə əlaqə saxlayıb – Qayıtmaq istəyir
“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan “Mançester Siti”yə qayıtmaqda maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu mümkün qayıdışını müzakirə etmək üçün artıq “Mançester Siti” ilə əlaqə saxlayıb. “Şəhərlilər”in rəhbərliyi bu variantı nəzərdən keçirməyə hazırdır.
Şayiələrə inansaq, yarımmüdafiəçi yay transfer pəncərəsi bağlanana qədər Kataloniya klubundan ayrılmağı planlaşdırır. “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Gündoğanın qalacağına inansa da, oyunçunun tezliklə gedişi ilə bağlı söhbətlər davam edir.
33 yaşlı futbolçu 2016-2023-cü illərdə “Mançester Siti”də çıxış edib, sonra “Barselona”ya keçib. Onun klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin