Səudiyyə Ərəbistanından 3 klubun hədəfindədir – “Barselona”nın futbolçusu

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətində Səudiyyə Ərəbistanı çempionatının üç klubu maraqlıdır. Söhbət “Əl-Nəsr”, “Əl-Hilal” və “Əl-İttihad”dan gedir.

Gündoğanın “Barsa” ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.

33 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının cari mövsümündə 30 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button