“Barselona”nın Gündoğan planı
Mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi başa çatacaq yarımmüdafiəçi İlkay Gündoğan karyerasını “Barselona”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubu 31 yaşlı futbolçu ilə azad agent kimi müqavilə imzalamaqda maraqlıdır.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Gündoğanın komandada qalmasını istəyir və almaniyalı futbolçuya Qətərdəki dünya çempionatından sonra yeni müqavilə təklif olunacaq.
Gündoğan İngiltərə klubuna 2016-cı ilin yayında Dortmund “Borussiya”sından keçib. O, bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin