Qətər klubundan Gündoğana 3 illik müqavilə təklifi

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan cari transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətinə “Əl Sədd” maraq göstərir. Belə ki, Qətər klubu 33 yaşlı yarımmüdafiəçiyə 3 illik müqavilə təklif edib.

İlkay bu yay karyera variantını nəzərdən keçirəcək. Onun “Barselona” ilə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Almaniyalı futbolçu ötən mövsüm İspaniya çempionatında 35 oyun keçirib, 5 qol vurub, 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button