“Günahlandırılacaq biri varsa, o da mənəm” – “Mançester Yunayted”in futbolçusu
“Mançester Yunayted”in futbolçusu Nemanya Matiç Premyer Liqada “Everton”a məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan serbiyalı yarımmüdafiəçi, 0:4 hesabıyla bitən görüşü belə şərh edib:
“Əsas problemimiz meydançada liderin olmamasıdır. Komandanın ən təcrübəli üzvlərindənəm. Meydanın mərkəzində topu qazana bilmiriksə, oynamaq çətin olur. Günahlandırılacaq biri varsa, o da mənəm. Çünki mən bu komandanın ən təcrübəli futbolçusuyam”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin