“Günahkar axtarmaq düzgün deyil” – Canni De Byazi
Bu gün UEFA Millətlər Liqasında 3-cü turun oyunları keçirilib.
Azərbaycan millisi doğma meydanda Slovakiya ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Emin Mahmudovun yerinə Abbas Hüseynovu meydana buraxdız, yəni yarımmüdafiəçini müddafiəçi ilə əvəzlədiz. 81-ci dəqiqədə isə komanda qol buraxdıq. Bu dəyişiklik nəyə xidmət edirdi?
- Sürətli futbolçuya ehtiyacımız var idi. Həm əks-hücumlarda, həm müdafiədə kömək edə bilərdi. Emin çox yorulmuşdu. Düşünmürəm ki, qol əvəzetməyə görə vuruldu.
- Artıq ikinci ildir millini çalışdırırsız. Hələ azarkeşlər qarşısında qələbə qazanmamısız. Milli nə vaxt qalib gələcək?
- 25 oyun keçirmişik, 7-si evdə olub və əksəriyyəti güclü komandalara qarşı. Hamısında məğlub olmuşuq. Amma bizdən çox güclü komandalarla oynamışıq. Hamısında sona qədər vuruşmuş, əlimizdən gələnin maksimumunu etmişik. İndi qol vurmağa, nəticə qazanmağa başlamalıyıq. İlk iki oyunda çoxlu imkanlarımız oldu. Bunlardan daha yaxşı istifadə etməliyik.
- Millinin uğursuzluğunun səbəbkarı sizsiz, yoxsa futbolçular?
- Hamımız yaxşı analiz etməliyik. Rəqibin güclü olduğunu bilirdik. İlk 20 dəqiqədə yaxşı çıxış etmədik. Bundan sonra heç də pis oynamadıq. İlk hissənin axırlarında qol da vura bilərdik, imkanlarımız oldu. Fasilədən sonra rəqib ustalığını göstərdi. Amma bütün oyun boyu mübarizə apardıq. Əminəm ki, bundan daha artığını edə bilərdik. Sizin kimi mən də qələbə istəyirəm. Amma görünür ki, asan deyil. Günahkar axtarmaq düzgün deyil. Çox gözəl sualdır. Mən də istərdim kimlərinsə səhvlərindən danışım. Dünən 100-cü məşqimizi etdik. 4 məşqdən bir oyuna çıxırıq. Futbolçular ən yaxşı fiziki formada deyillər. Öncə oyunçuları tanımalısan. Düşünürəm ki, bir qrup yaratmışıq. Azarkeş həmişə uduzanda problem axtarır, tapır. Amma ekspert kimi baxsaq, fərqli fikirlər ola bilər.
- Qələbəsiz oyunlar bir yana, klomanda qol da vura bilmir. Çox arqumentlər qeyd etdiz. Bəlkə, sizin yeriniz bura deyil? Bəlkə, Azərbaycan yığmasına futbol oynamağı öyrədə bilmirsiz?
- Deməzdim. Bu, tam olaraq mənim komandamdır. Oyundan sonra da uşaqlara dedim ki, ilk 20 dəqiqəni çıxsaq, qorxaraq oynamadıq. Əvvəlki oyunlarda da dominant idik. İki oyuna 30 zərbə vurmuşduq. Rəqəmlər bizi aldada bilməz. Bu, faktdır.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin